"Qarabağ"dan "Qalatasaray"a cavab

20:43 - 29 Mart 2023

“Qarabağ" Türkiyənin "Qalatasaray" klubunun Azərbaycan üçün ünvanladığı təşəkkür mesajına cavab verib.

 

Manset.az xəbər verir ki, Ağdam klubunun “Twitter” hesabında klub prezidenti Tahir Gözəlin fikirlərinə yer verilib.

Funksioner Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın izlədiyi qardaşlıq matçında tribunalarda 62500 azarkeşin olduğunu vurğulayıb: "Azərbaycan - Türkiyə qardaşlığını, həmrəyliyini bir daha dünyaya nümayiş etdirdik".

Tahir Gözəl qarşılaşmadan əldə olunan gəlirin Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə göndəriləcəyini xatırladıb: "Bunun acılarımızı bir az olsun, yüngülləşdirəcəyinə ümid edirik. Dəvətimizi qəbul etdiyiniz üçün sizə bir daha təşəkkürümüzü bildiririk. Azərbaycan və Türkiyənin seçilən camiələrinin ən qısa zamanda yenidən bir araya gələcəyinə ümid edirik".

Xatırladaq ki, komandalar arasında Bakı Olimpiya Stadionundakı xeyriyyə qarşılaşması "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin