“Azərbaycanlıların soyqırımının tarixi, siyasi və hüquqi əhəmiyyəti” adlı konfrans keçirildi - FOTO

20:32 - 29 Mart 2023

“Azərbaycanlıların soyqırımının tarixi, siyasi və hüquqi əhəmiyyəti” adlı konfrans keçirildi - FOTO

Martın 29-da Yasamal rayon Heydər Əliyev Mərkəzi və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə 2023-cü il “Heydər Əliyev ili” və 31 mart 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci ili ilə əlaqədar “Azərbaycanlıların soyqırımının tarixi, siyasi və hüquqi əhəmiyyəti” adlı konfrans keçirilib.

 

Manset.az xəbər verir ki, tədbirdə tarix üzrə fəlsəfə doktoru, dosent, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi Sübhan Talıblı, AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov, Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə YAP partiya təşkilatının sədr müavini Fərid Mustafayev, AMEA Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Aytən Rəhimli və ADMIU-nun tələbələri və digər qonaqlar iştirak etdilər.

Tədbir iştirakçıları Mərkəzin muzey bölməsində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini yad etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra Ulu öndər Heydər Əliyevin soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri Yasamal Rayonu Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova giriş nitqi ilə açaraq qonaqları salamladı. O, “Azərbaycanlılara qarşı törədilmiş soyqırımların yerli və dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu” adlı məruzə ilə çıxış etdi. Xüsusilə qeyd etmək lazımdır ki, ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” haqqında verdiyi fərmanının ermənilərin cinayətkar və teror əməllərinin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük tarixi, siyasi və hüquqi rolu olmuşdur.

Tədbirdə zamanı dosent Sübhan Talıblı “1918-ci ildə Lənkəran, Salyan və Neftçalada azərbaycanlıların soyqırımı”, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri “1918-ci ildə Cənubi Azərbaycanda ermənilərin törətdiyi soyqırımlar”, dosent Vasif Qafarov “Bakı quberniyasında soyqırım”, Fərid Mustafayev “Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanının siyasi əhəmiyyəti”, Aytən Rəhimli “Erməni zehniyyətinin dəyişməyən xislətləri- yalan, qətl, vandallıq” mövzularında çıxış etdilər. Sonda 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş film nümayiş olundu.



Xəbər xətti

23 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin