14 mindən artıq ağac əkilib

19:41 - 29 Mart 2023

14 mindən artıq ağac əkilib

Bu gün meşə fondu torpaqlarında 14 mindən artıq ağac əkilib.

 

Bu barədə Manset.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Ölkə ərazisinin meşə fondu torpaqlarında yeni meşə əkinləri və meşəbərpa tədbirləri davam edir, hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bu gün Qəbələ, Quba, Tovuz, Şəmkir və Göygöl rayonlarının meşə fondu torpaqlarında, ümumilikdə 14 605 ədəd müxtəlif növ ağac əkilib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin