Göyçayda zəncirvari qəza: Xəsarət alanlar var

19:05 - 29 Mart 2023

Göyçayda zəncirvari qəza: Xəsarət alanlar var

Göyçay rayonunda 4 avtomobil toqquşub, xəsarət alanlar var.

 

Manset.az Report-a istinadən xəbər verir ki, Göyçay şəhərinin Heydər Əliyev prospektində "VAZ-2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Nəticədə zərbənin təsirindən hər iki avtomobil yol kənarında dayanmış "Hyundai" və "VAZ-2104" markalı avtomobillərə çırpılıb. Hadisə zamanı rayon sakini, 2002-ci il təvəllüdlü Bəkirov Anar Əlikram oğlu xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər xəsarət alanların adları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv