Keçmiş model və aparıcı Ebru Şallının təxminən 4 il əvvəl ailə qurduğu iş adamı Uğur Akkuşla boşanma həddinə gəldiyi iddia edilib.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, oğlu Parsın ölümündən sonra çətin anlar yaşayan Şallının Akkuşla fikir ayrılığı olduğu iddia edilib.
Şallı mövzu ilə bağlı sosial media hesabından açıqlama verib:
"Çıxan xəbərlər haqqında bir-iki kəlmə yazmaq istədim. Hər evlilikdə olduğu kimi, zaman-zaman fikir ayrılığımız olur. Ancaq hələki boşanma ilə bağlı bir məhkəməmiz yoxdur. Bu qədər. Hər şeydə bir xeyir var".
Jalə
Manşet.az