Pakistan İmran Xanın yenidən həbsi ilə bağlı qərar verdi

18:00 - 29 Mart 2023

Pakistan İmran Xanın yenidən həbsi ilə bağlı qərar verdi

İslamabadda Pakistanın keçmiş baş naziri İmran Xanın yenidən məhkəməsi keçirilib
 

Manset.az-ın Anadolu Ajansına istinadən məlumatına görə, İmran Xanın məhkəməsi 2022-ci ilin avqustunda paytaxt İslamabadın aşağı məhkəməsində qadın hakimi təhdid etdiyinə görə keçirilib.

Məhkəmə keçmiş baş nazir Hanın iclasa qatılmaması səbəbi ilə həbs qərarı çıxarıb.

Polisin Lahorun Zaman Parkı rayonunda yaşayan Xanın həbs edib-etməyəcəyi hələ də aydın deyil.

Keçmiş baç nazir əleyhinə 90-dan çox iş var.

Qeyd edək ki, İmran Xan hökuməti 2022-ci ilin aprelində istefa verib.

10 aprel 2022-ci ildə Pakistan parlamentində keçirilən etimadsızlıq səsverməsində İmran Xan hökuməti 174 "yox" səsi ilə geriləyib.

Aprelin 11-də parlamentdə keçirilən seçkidə ölkədə üç dəfə baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.

Jalə

Manşet.az


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin