Valideynlərdən pul tələb edən direktor CƏZALANDIRILDI

17:39 - 29 Mart 2023

Valideynlərdən pul tələb edən direktor CƏZALANDIRILDI

49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunması ilə bağlı müvafiq araşdırma aparılıb.

 

Manset.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) “Qafqazinfo”ya bildirilib ki, araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib.

Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin