Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin yaradıcısıdır - “HEYDƏR ƏLİYEV -100” (FOTO)

17:17 - 29 Mart 2023

Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin yaradıcısıdır - “HEYDƏR ƏLİYEV -100” (FOTO)

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi   ilə əlaqədar Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları bir sıra tədbirlər həyata keçirirlər. 

 

Manset.az xəbər verir ki, bunlardan biri də Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının, eləcə də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyası olub. Bu gün isə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının, eləcə də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində baş tutan növbəti tədbirdə Bakı və Bakı ətrafı bələdiyyə sədrləri də iştirak ediblər.

Bildirilib ki, Ümummilli Liderimiz Heydər Əliyev “yerli özünüidarəetmənin yaradılmasını  Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, demokratik, hüquqi, dünyəvi dövlət qurmaq prosesinin bir sahəsidir” kimi qiymətləndirilib. “HEYDƏR ƏLİYEV-100 İl” adlı tədbirdə qeyd edilib ki, yerli özünüidarəetmə orqanlarının xüsusən də  bələdiyyələrin statusunun əsasları Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiya ilə müəyyənləşib. Azərbaycanda bələdiyyələrin yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Təməli Ulu Öndərimiz tərəfindən qoyulan ölkə bələdiyyələri illər ötdükcə möhkəmlənir.

Dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində də mühüm tədbirlər görülür. Bildirilib ki, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşşəbbüsü ilə bir çox bələdiyyələr yerli əhəmiyyətli  məsələlərin həllində beynəlxalq təcrübədən yararlanaraq  yerli özünüidarəetmənin inkişafı və möhkəmləndirilməsi istiqamətində zəruri addımlar atırlar.

Bələdiyyələrin beynəlxalq standartlara cavab verən hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində dövlət və hökumət orqanları ilə əməkdaşlığı davam etdirilib, yeni qanunların qəbul olunmasında Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təklifləri nəzərə alınır.  Bildirilib ki, məhz bu baxımdan da bələdiyyələrin əsas gəlir mənbəyi hesab olunan yerli vergi və ödənişlərin yığılmasında müəyyən irəliləyiş var. Lakin, bələdiyyələr qarşısında duran vəzifələr və görüləsi işlər hələ çoxdur.

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin