Azərbaycanda 14 yaşlı oğlan qətlə yetirildi

17:12 - 29 Mart 2023

Azərbaycanda 14 yaşlı oğlan qətlə yetirildi

Ağstafa rayon Polis Şöbəsinə rayon sakini 2009-cu il təvəllüdlü Cavanşir Bədirovun kəsici alətlə qətlə yetirilmiş cəsədinin Dəmiryolu stansiyası yaxınlığında olması barədə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, bu barədə APA-ya DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və şəxslərin kimliyinin müəyyən olunaraq istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin