8 ölkənin baş naziri texnoloji şirkətlərə xəbərdarlıq etdi

16:23 - 29 Mart 2023

8 ölkənin baş naziri texnoloji şirkətlərə xəbərdarlıq etdi

Polşa, Moldova, Çexiya, Slovakiya, Estoniya, Latviya, Litva və Ukraynanın baş nazirləri böyük texnologiya şirkətlərini dezinformasiyaya qarşı tədbir görməyə çağırıblar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Litva Baş Nazirliyinin bəyanatında Polşa, Moldova, Çexiya, Slovakiya, Estoniya, Latviya, Litva və Ukraynanın baş nazirləri birgə bəyanatla çıxış ediblər.

Bəyanatda Rusiyanın Ukraynaya qarşı cinayətlərinə haqq qazandırmaq üçün sosial mediadan sui-istifadə etdiyi vurğulanaraq, böyük texnologiya şirkətlərini dezinformasiyaya qarşı hərəkətə keçməyə çağırıb.

Texnologiya platformalarının virtual döyüş meydanına çevrildiyi bildirilən açıqlamada dezinformasiyanın ən mühüm və geniş silahlardan birinə çevrildiyi vurğulanıb.

Bəyanatda, sosial medianın yalan və manipulyasiya xarakterli məlumatların yayılması üçün güclü bir kanal olduğuna diqqət çəkilib:

"Böyük texnoloji şirkətlər ayıq olmalı və bu məqsədlərə çatmaq üçün vasitə kimi istifadə edilməsinə qarşı durmalıdırlar. Platformalarının müharibəni təşviq edən, müharibə cinayətlərinə, insanlığa qarşı cinayətlərə və ya zorakılığın digər formalarına haqq qazandıran təbliğat və ya dezinformasiya yaymaq üçün istifadə edilməməsini təmin etmək üçün addımlar atın”.

Manşet.az


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin