Bu ölkə İsraildən raket sistemləri alacaq

15:47 - 29 Mart 2023

Bu ölkə İsraildən raket sistemləri alacaq

Bildirilir ki, Yunanıstan İsraildən Spike NLOS raket sistemləri almağa qərar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bəyanat Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının növbəti iclasından sonra dərc olunub.

Açıqlamada, "İclasda Silahlı Qüvvələrin ehtiyacları üçün Spike NLOS-un alınması təsdiqləndi və digər silahlanma proqramlarının gedişi ilə bağlı məlumat verildi" – deyilir.

Görüşdə miqrasiya və meşə yanğınlarına qarşı mübarizə məsələlərinin də müzakirə edildiyi bildirilib.

Yunanıstan mətbuatında ötən aylarda yer alan xəbərə görə, İsrail istehsalı Spike NLOS tipli raket sistemlərinin alınması üçün Yunanıstan və İsrail arasında ciddi danışıqlar aparılıb.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin