Aİ ölkələri cinayətkarların hesab məlumatlarını paylaşacaq

13:34 - 29 Mart 2023

Aİ ölkələri cinayətkarların hesab məlumatlarını paylaşacaq

Avropa İttifaqına üzv ölkələr mərkəzi sistem quraraq bütün İttifaq ölkələrində cinayətkarların bank hesabı məlumatlarını paylaşmağa hazırlaşır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa Şurası cinayətin maliyyələşdirilməsi ilə mübarizənin hüquqi tənzimlənməsi ilə bağlı Avropa Parlamenti ilə aparılan danışıqlarda üzv dövlətlərin ümumi mövqeyini müəyyən etdiyini açıqlayıb.

Müvafiq olaraq, istintaqlarda, cinayət gəlirlərinin izlənməsi və müsadirə prosesində maliyyə məlumatlarına çıxış artırılacaq. Bu çərçivədə qurulacaq mərkəzi sistem Aİ ölkələrindəki səlahiyyətlilərin cinayətlə əlaqəsi olan şəxslərin maliyyə məlumatlarına daha asan çıxışını təmin edəcək.

Aİ ölkələri mərkəzi bank hesablarının qeydlərindən məlumatları vahid giriş nöqtəsi vasitəsilə bir-biri ilə paylaşacaq. Mərkəzi bank hesablarının qeydiyyatı sistemində kimin hansı ölkədə və bankda hesabı olduğu daxil olmaqla müxtəlif məlumatlar olacaq.

Üzv dövlətlərin cinayətlərlə məşğul olan səlahiyyətli orqanları bu bank qeydlərinə tək giriş nöqtəsi vasitəsilə asanlıqla daxil ola biləcəklər.

Bundan əlavə, maliyyə qurumları araşdırma çərçivəsində paylaşacaqları bank hesabatlarını uyğunlaşdıracaq.

Beləliklə, üzv ölkələrin çirkli pulların yuyulmasına qarşı mübarizəsi artırılacaq.

Bu mərhələdən sonra tənzimləmə üzv dövlətlərlə Avropa Parlamenti arasında danışıqlar yolu ilə yekun şəklini alacaq.

Manşet.az


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin