Zakir Sultanov kassasiya şikayətini geri götürdü

13:22 - 29 Mart 2023

Zakir Sultanov kassasiya şikayətini geri götürdü

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov kassasiya şikayətini geri götürüb.

 

Manset.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin sədri Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Bildirilib ki, Z.Sultanov şikayətlə bağlı yenidən Ali Məhkəməyə müraciət edəcək.

Qeyd edək ki, Z.Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib. Mədəniyyət Nazirliyinin 5 milyon 327 min 900 manatlıq mülki iddiası təmin olunub. Sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 5 il 6 aya endirib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin