Qarabağdakı sənaye parklarına 138 milyon manat investisiya yatırılacaq

12:27 - 29 Mart 2023

Qarabağdakı sənaye parklarına 138 milyon manat investisiya yatırılacaq

"Ağdam" və “Araz Vadisi İqtisadi Zonası” (Cəbrayıl) sənaye parklarında qeydiyyata alınmış 24 layihə üzrə təxminən 138 milyon manat investisiyanın yatırılması planlaşdırılır.

 

Manset.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinin I müavini Rəvayət Mustafayev bildirib.

Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında 18 rezident, 6 qeyri-rezident qeydiyyata alınıb: “Bu rezidentlər Ağdama 117 milyon manat, Cəbrayıla isə 21 milyon manat investisiya yatıracaq. Bunun da nəticəsində 1 300-ə yaxın iş yerinin yaradılması gözlənilir. “Ağdam" sənaye parkında əsasən tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı və qablaşdırılması, “Araz Vadisi İqtisadi Zonası”nda isə əsasən logistika mərkəzinin yaradılması, gömrük terminalının qurulması, avadanlıq və texnikaların təmiri mərkəzinin, topdansatış və pərakəndə satış anbarlarının tikintisi nəzərdə tutulur”, - deyə o qeyd edib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin