Türkiyə, Suriya, İran və Rusiya arasında keçiriləcək görüşün tarixi açıqlandı

12:24 - 29 Mart 2023

Türkiyə, Suriya, İran və Rusiya arasında keçiriləcək görüşün tarixi açıqlandı

Ankara-Dəməşq xəttində atılan normallaşma addımları çərçivəsində Moskvada görüş keçiriləcək.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mövzu ilə bağlı açıqlama verən Türkiyə və İran rəsmiləri görüşün yeni tarixini açıqlayıb. Rəsmilər 3-4 Aprel tarixlərinə işarə edib.

Bu ölkələrin xarici işlər nazirlərinin müavinlərinin apreldə Moskvada görüşəcəkləri bildirilir.

Suriyada 12 il davam edən vətəndaş qarşıdurmasından sonra Suriya və Türkiyə rəsmiləri münasibətləri normallaşdırmaq üçün keçən il görüşmüşdülər.

Türkiyənin yüksək rütbəli rəsmisi Suriyadakı vəziyyətin aprelin 3-4-də Moskvada müzakirə olunacağını bildirib:

“Bu görüşün normallaşma prosesində başlayan nazirlər görüşlərinin davamı olacağı gözlənilir.

Lakin nazirlər səviyyəsində iştirak olmayacağından və görüş texniki səviyyədə olacağından mühüm qərarların qəbulu gözlənilmir”.

İran Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmisi aprelin ilk həftəsində Rusiya paytaxtında keçirilməsi planlaşdırılan görüşü təsdiqləyib.

Suriyalı mənbə də yaxın vaxtlarda xarici işlər nazirlərinin müavinləri arasında görüşün olacağını təsdiqləsə də, tarixi açıqlamayıb.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin