4 saatlıq beyin əməliyyatı boyu gitara çaldı - ŞOK VİDEO

11:55 - 29 Mart 2023

4 saatlıq beyin əməliyyatı boyu gitara çaldı - ŞOK VİDEO

Meksikada beyin şişindən əməliyyat olunan 55 yaşlı musiqi müəllimi əməliyyat boyu gitara çalıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, cərrah əməliyyat zamanı xəstənin şüurunun açıq olması lazım olduğunu bildirib. Bunun üzərinə müəllimin əməliyyat zamanı danışma və eşitmə kimi funksiyalarının asanlıqla izlənilə bilməsi üçün gitara çalmağa üstünlük verdiyi açıqlanıb.

Əməliyyatı həyata keçirən cərrah xəstənin əməliyyat zamanı heç bir ağrı hiss etmədiyini və bu üsul sayəsində 2 həftə kimi qısa müddətdə gündəlik həyat fəaliyyətini müstəqil şəkildə həyata keçirə bildiyini deyib.

Əməliyyatın rahat keçdiyi və bu üsulun Nayarit vilayətinin tarixində ilk dəfə tətbiq edildiyi bəyan edilib.

Manşet.az


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin