Messi bunu bacaran 3-cü futbolçu oldu

11:21 - 29 Mart 2023

Messi bunu bacaran 3-cü futbolçu oldu

Argentina millisinin hücumçusu Lionel Messi yığmanın heyətində 100 qol səddini keçib.

 

Manset.az xəbər verir ki, o, bunu  Kurakao millisi ilə yoxlama görüşündə (7:00  het-trik etməklə bacarıb. 35 yaşlı hücumçunun hesabında 102 qolu var. Beləliklə, Messi tarixdə milli komandaların heyətində 100-dən çox qol vurmağı bacaran 3-cü futbolçu olib.

Bu göstəricidə Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 122 qolla liderdir. Karyerasını başa vuran iranlı futbolçu Əli Daei 109 qolla 2-cidir.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin