Kim Çen In yeni nüvə silahlarını nümayiş etdirdi - FOTO

10:52 - 29 Mart 2023

Kim Çen In yeni nüvə silahlarını nümayiş etdirdi - FOTO

Şimali Koreya ilk dəfə olaraq qısa mənzilli raketlərə qoşula bilən nüvə başlıqlarını nümayiş etdirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pxenyan administrasiyası uzun müddətdir ki, Cənubi Koreyadakı hədəfləri vura bilən taktiki nüvə silahına malik olduğunu iddia edir. Rəsmi mətbuatda dərc olunan fotoşəkillər ilk dəfə əyani sübut olub.

Xəbərdə deyilir ki, Şimali Koreya prezidenti Kim Çen In hərbçiləri “silah istehsal edən nüvə materialının istehsalını artırmağa” çağırıb.

Fotolarda Kim generalların əhatəsində, Koreya dilində "vulkan" mənasını verən "Hvasan-31" kimi müəyyən edilmiş bir sıra yığcam yaşıl nüvə başlıqlarını yoxlayarkən göstərilir.

Manşet.az



Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin