İsraildə səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yerusəlimdə israilli həmkarı Eli Kohenlə görüşür.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter hesabında məlumat verilib.
Qeyd edilib ki, hazırda tərəflər arasında təkbətək görüş keçirilir.
***
İsrailin XİN rəhbəri Eli Kohen də öz tviter hesabında Ceyhun Bayramoun səfəri barədə paylaşım edib: “Tarix! Hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edirəm. Ölkələr arasında münasibətlərin 30 ilində ilk dəfə olaraq İsrailə Azərbaycan səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz!”