Lavrov Yeni START-la bağlı açıqlama verdi

10:10 - 29 Mart 2023

Lavrov Yeni START-la bağlı açıqlama verdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Ştatların qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyan Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (START) üzrə davranışını dəyişdirməli olduğunu bəyan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya ilə ABŞ arasında Yeni START məsələsinə də toxunan Lavrov sözügedən razılaşmanın ölkəsi tərəfindən dayandırıldığına diqqət çəkib.

Lavrov, "Yeni START ilə bağlı amerikalılarla heç bir əlaqə yoxdur. Qərarımıza etiraz olaraq bizə nota göndərirlər və bu qərarı qəbul etmək hüququmuz olmadığını izah edirlər. Bunlar hamısı hüquq baxımından əhəmiyyətsiz arqumentlərdir” – deyib.

ABŞ-ın bu müqavilənin prinsiplərini pozduğunu vurğulayan Lavrov, bu prinsiplərin Rusiya və ABŞ-ın strateji sabitliyi qorumaq səyləri kontekstində qarşılıqlı etimad, hörmət və əməkdaşlığa əsaslandığını bildirib:

“Bu məsələdə ABŞ-la təmasları davam etdirmək üçün onlar öz davranışlarını dəyişməli və dövlətlərarası münasibətlərin aparılmasında sivil prinsiplərə, o cümlədən Yeni START-da yer alan prinsiplərə riayət etməlidirlər”.

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin