ABŞ prezidenti Co Bayden, İsrailin daxili işlərinə qarışdıqlarına dair iddiaları rədd edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bayden, İsrailin çətin bir prosesdən keçdiyi və bununla məşğul olmaları lazım olduğu fikrini bölüşüb. O, İsrailin baş naziri Benyamin Netanyahunun məhkəmə islahatları tənzimləməsindən imtina edəcəyinə ümid etdiyini bildirib:
"Biz qarışmırıq. Bu mövzuda mənim mövqeyimi bilirlər. Amerikanın mövqeyini bilirlər. Amerika yəhudilərinin mövqeyini bilirlər. İsrailin bir çox güclü tərəfdarı kimi mən də çox narahatam".
Manşet.az