Şotlandiyada yeni baş nazir rəsmi iqamətgahındakı ilk günündə namaz qıldırdı

09:35 - 29 Mart 2023

Şotlandiyada yeni baş nazir rəsmi iqamətgahındakı ilk günündə namaz qıldırdı

Şotlandiyada bölgə hökumətinin yeni baş naziri seçilən Həmzə Yusuf, Baş nazirin rəsmi iqamətgahı olan “Bute House”da ilk günündə ailəsinə başçılıq edərək namaz qılarkən fotosunu paylaşıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Həmzə Yusuf bununla bağlı Twitter hesabında paylaşım edib:

"Ailəm və mən bu gün (28 mart) parlament səsverməsindən sonra ilk gecəmizi Bute House-da keçiririk”.

Yusuf başqa bir paylaşımında İngiltərə baş naziri Rişi Sunak ilə görüşdüyünü və "Şotlandiya xalqının və parlamentinin demokratik istəklərinə İngiltərə hökuməti tərəfindən hörmət edilməsi lazım olduğunu açıq şəkildə bildirdim" – dediyini açıqlayıb.

Manşet.az



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin