24 yaşlı gənc bıçaqlandı - GÖYÇAYDA

01:40 - 29 Mart 2023

24 yaşlı gənc bıçaqlandı - GÖYÇAYDA

Göyçay rayonunda bıçaqlanma hadisəsi olub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, rayonun Hacalıkənd kənd sakini, 1999-cu il təvəllüdlü Nemətov Elnur Xəyyam oğlu aralarında baş verən dava zamanı dayısı oğlu Əhmədli Kənan Kamran oğlunu bıçaqlayıb.

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimovun “Report”un yerli bürosuna verdiyi məlumatında bildirib ki, hadisəni törədən Elnur Nemətov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin