<

Fazil Mustafanın özəl xəstəxanaya köçürülməsi planlaşdırılmır

23:47 - 28 Mart 2023

Fazil Mustafanın özəl xəstəxanaya köçürülməsi planlaşdırılmır

Axşam saatlarında evinin qarşısında güllələnən deputat Fazil Mustafa əməliyyatdan çıxıb.

 

Manset.az xəbər verir ki, bu barədə oxu.az-a onun qardaşı oğlu Toğrul Mustafayev məlumat verib.

O bildirib ki, əməliyyat bitib və əmisinin vəziyyəti stabildir: “Çox şükür əməliyyatdan çıxdı. Hər şey yaxşıdır. Hələ ki Kliniki Tibbi Mərkəzdə müalicəsini davam etdirir. Hər hansı özəl xəstəxanaya köçürülməsini planlaşdırmırıq”.


Xəbər xətti

5 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin