Martın 28-də Fransa 1932-1933-cü illərdə baş vermiş Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat yayıb.
"Fransa parlamentinin 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıması mühüm və əhəmiyyətlidir", - Zelenski bildirib.
Bundan əvvəl İslandiya və Belçika da Qolodomoru soyqırımı kimi tanıyıb.