Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO
3 Yanvar 2025
21:01 - 28 Mart 2023
Rusiya keçən il Hindistana neft nəqlini 22 dəfə artıb.
Manset.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak “Rossiya-24” telekanalına müsahibəsi zamanı deyib.
Novak Rusiya neftinin Orta Asiya, Afrika və Latın Amerikası ölkələrinə tədarük edildiyini deyib.
Bu mövzuda Rusiyaya "dost" olan ölkələrin bazarlarına üz tutduqlarını ifadə edən Novak, Hindistana neft daşımaları keçən il 22 dəfə artıb deyə əlavə edib.
2022-ci ildə Çinə neft nəqlinin 8 faiz artdığına dair məlumatı paylaşan Novak, bu il də Asiya ölkələrinə nəqllər üçün lazımi infrastrukturu inkişaf etdirməyə davam edəcəklərini qeyd edib.
Aleksandr Novak qeyd edib ki, Asiya bazarının istehlak, tələb və iqtisadiyyat baxımından sürətlə böyüdüyü nəzərə alınsa Rusiya məhsullarına tələbat olacaq. Bunlara neft, neft məhsulları, qaz, mayeləşdirilmiş təbii qaz və kömür daxildir.
Jalə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin