İranın Mazandaran əyalətinin Babol şəhərində müəssisələrdən birində baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, daha 3-ü yaralanıb.
Manset.az İRNA-ya istinadən xəbər verir ki, partlayışa səbəb kimi təhlükəsizlik qaydalarına riayət edilməməsi göstərilir.
Bütün yaralılar xəstəxanalara yerləşdirilib.
Partlayışdan sonra yaranan yanğın müəssisənin təxminən yarısını məhv edib. Hazırda yanğının söndürülməsinə çalışılır.