Azərbaycanda dollara tələb 2 dəfədən çox artdı

19:51 - 28 Mart 2023

Azərbaycanda dollara tələb 2 dəfədən çox artdı

“Mərkəzi Bankın bu gün təşkil ediyi hərracda xarici valyuta tələbi 96.3 milyon dollar olub”.

 

Manset.az xəbər verir ki, bununla bağlı millət vəkili Vüqar Bayramov "Facebook" səhifəsində paylaşım edib.

O bildirib ki, əvvəlki hərracda sifarişin 47.9 milyon dollar olduğunu nəzərə alsaq, dollara tələbin 2 dəfədən çox artdığını görə bilərik.

Millət vəkili dollara tələbin artması manat üçün risklər yaradıb-yaratmayacağından söz açıb:

“Tələbin artmasının əsas səbəbi qeyri-iş günlərinə görə təxminən son 2 həftədə valyuta hərracların keçirilməməsidir. Biznesin dollara bəlli tələbi var və bayram günləri banklar çalışmadığı üçün bu günki hərracda artan sifarişlərə əsasən məbləğ formalaşdı. Nəticədə, dollara tələbin hiss edilən səviyyədə yüksəlməsi qeydə alındı.

Bütövlükdə, idxal həcmi və xarici səfərlərin intensivliyini nəzərə aldıqda yaz aylarında dollara tələbin kəskin azalacağı gözlənilmir”.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin