Federasiya prezidenti istefa verdi - FOTO

18:59 - 28 Mart 2023

Federasiya prezidenti istefa verdi - FOTO

Azərbaycan Triatlon Federasiyasının prezidenti Elçin Əliyev istefa verib.

 

Manset.az xəbər verir ki, istefası ilə bağlı danışan Əliyev son bir il ərzində triatlon idman növünün inkişafi üçün Gənclər və İdman Nazirliyi ilə birlikdə çox işlər görüldüyünü bildirib:

“Bu müddət ərzində davamlı olaraq müxtəlif formatlı idman yarışları keçirilib, triatlonla məşğul olanların sayı dəfələrlə artıb, ölkədə triatlon klubları yaradılıb. Uşaqların bu idmana cəlb olunması istiqamətində davamlı iş aparılıb, ölkədə onlar üçün müxtəlif yarışlar təşkil olunub.

Qeyd etməliyəm ki, mənim əsas fəaliyyətim innovasiyalarla baglıdır və hazırda mənim rəhbərliyim altında Azərbaycanda və bir sıra xarici ölkələrdə mürəkkəb innovativ layihələr üzərində iş gedir və bununla yanaşı il ərzində mənim silsilə ezamiyyətlərim planlashdırılıb. Buna görə də qeyd etməliyəm ki, vaxt azlığı ilə əlaqədar olaraq mənim Federasiyanın işində əvvəlki həcmdə aktiv iştirak imkanım olmayacaq.

Bütün tərəfdaşlara dərin minnətdarlığımı bildirirəm: əsas tərəfdaş Gənclər və İdman Nazirliyi, Bakı Su İdmanı Sarayı, ASAN innovasiya mərkəzi, BCC, PMD, FİNOKO, AQVAVİTA, METAK,  Alufar, Nərəkənd. Bununla yanaşı mən triatlonun inkişafında gələcəkdə də mövcud zaman resursları çərçivəsində iştirak etməyə hazıram və öz təcrübəmlə bundan sonra da bu idman növünün Azərbaycanda inkişafına öz töhfəmi verəcəyəm".

Xatırladaq ki, Əliyev 2021-ci il dekabrın 21-də Azərbaycan Triatlon Federasiyasının prezidenti seçilmişdi.



Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin