Bazarda qiyməti 180 manat olan meyvənin “faydası” - VİDEO

18:37 - 28 Mart 2023

Bazarda qiyməti 180 manat olan meyvənin “faydası” - VİDEO

Qiyməti 70 manatdan başlayaraq kilosu 180 manata qədər olan alça, 8 manatdan başlayaraq kilosu 18 manatadək olan çiyələk, kiloqramı 8 manata olan üzüm, ədədi 10 manata olan qarpız və yemiş.

 

Manset.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu meyvələrin qiyməti baha olsa da, alıcıları kifayət qədərdir.

Satıcılar bildirir ki, hazırda mövsümi olmayan meyvələrin ən bahalısı alçadır.

Bəzi alıcılar isə mövsümü olmayan meyvələrə üstünlük vermədiklərini bildirdilər.

Satıcılar deyir ki, mövsümü olmayan bəzi meyvələr də var ki, onlar tapmaq ümumiyyətlə mümkün deyil.

Qida üzrə ekspert Ağa Salamov isə Xəzər Xəbərə bildirdi ki, hər hansı meyvənin mövsümündə yeyilməməsi orqanizmə zərərli olmasa da, faydası da yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin