<

Meksikada miqrasiya mərkəzində yanğın: 39 nəfər həlak oldu

17:57 - 28 Mart 2023

Meksikada miqrasiya mərkəzində yanğın: 39 nəfər həlak oldu

Meksikanın Syudad-Xuares şəhərində Miqrasiya Xidməti mərkəzində baş vermiş yanğın nəticəsində azı 39 nəfər ölüb.

 

Manset.az xəbər verir ki, həlak olanların əksəriyyəti miqrantlardır.

Həmçinin, 100-ə yaxın insan xəsarət alıb və zəhərlənib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Yanğının Miqrasiya Xidmətinin ABŞ ilə sərhəddə yerləşən mərkəzində saxlanılan miqrantlar tərəfindən törədildiyi güman edilir.


Xəbər xətti

7 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin