Ukrayna əks-hücumları nə zaman artıracaq? - VİDEO

17:52 - 28 Mart 2023

Ukrayna əks-hücumları nə zaman artıracaq? - VİDEO

Ukraynada müharibə davam edir.

 

Manset.az xəbər verir ki, bu ölkədə yaşayan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman Departamentinin sədri Şəhriyar Məhərrəmov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, yaşadığı Lvov şəhərində mütəmadi olaraq həyəcan siqnalları verilir.  

“Raket zərbələri endirilsə də, hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilir”, - deyə o əlavə edib.

Qeyd edilib ki, Rusiyanın raket hücumlarını artırmasına səbəb Ukraynanın əks-hücum əməliyyatlarıdır.

O da bildirilib ki, havanın soyuq olması Ukraynanın əks-hücumları intensivləşdirməsinə mane olur. Lakin yaxın günlərdə bu hücumların artacağı gözlənilir.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin