Tanınmış aktyor yanlışlıqla öz qanını içdiyini etiraf etdi - FOTO

17:43 - 28 Mart 2023

Tanınmış aktyor yanlışlıqla öz qanını içdiyini etiraf etdi - FOTO

Məşhur aktyor Nikolas Keyc yeni açıqlaması ilə hər kədi təəccübləndirib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, aktyor yeni rol aldığı “Renfield” filmində yanlışlıqla öz qanını içdiyini etiraf edib.

Belə ki, Keycin canlandırdığı Drakula obrazı üçün istifadə etdiyi keramika dişləri həm ağzına böyük olub, həm də ucları kəskin iti imiş.

Bu səbəbdən aktyor filmdə çəkilərkən dəfələrlə dodağını dişləyərək yaralayıb. Nəticədə yanlışlıqla öz qanını içməli olub.

Nikolas bu vəziyyətin onun üçün ağır olduğunu deyib.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin