<

Olimpiya Kompleksində 16 yaşlı Turanı öldürən şəxslə bağlı YENİ XƏBƏR

17:35 - 28 Mart 2023

Olimpiya Kompleksində 16 yaşlı Turanı öldürən şəxslə bağlı YENİ XƏBƏR

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun məhkəməsinin hazırlıq iclası keçirilib.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, R.Səfixanov ittiham aktı ilə tanış olmayıb.

Bu səbəbdən məhkəmə aprelin 10-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib.

Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü R.Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Xəbər xətti

7 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin