Roma Papasının ağ kurtkalı şəklinin necə hazırlandığı hər kəsi təəccübləndirdi - FOTO

11:46 - 27 Mart 2023

Roma Papasının ağ kurtkalı şəklinin necə hazırlandığı hər kəsi təəccübləndirdi - FOTO

Katoliklərin ruhani lideri Roma Papası Fransiskin ağ kurtka geyindiyi foto sosial şəbəkələrdə gündəm olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Papa Fransiskin bahalı ağ kurtkada xaç taxdığını göstərən görüntünün süni intellektin köməyi ilə hazırlandığı bəlli olub.

Papa Fransiskdən bir neçə gün əvvəl sosial mediada Donald Tramp, Vladimir Putin və Uill Smit kimi bəzi adların süni intellekt tərəfindən yaradılmış görüntüləri də yayılıb.

Trampın həbs olunduğu fotoları yaradan “Bellingcat” araşdırmaçı jurnalistika qrupunun qurucusu Eliot Higgins süni intellektdən “Donald Trampın həbs olunarkən yıxıldığı fotonu” yaratmasını istədiyini bildirib.

Manşet.az



Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin