Rusiyada Ukrayna PUA-sı partladı - Yaralılar var

21:17 - 26 Mart 2023

Rusiyada Ukrayna PUA-sı partladı - Yaralılar var

Rusiyanın Tula vilayətinin Kireyevsk şəhərində güclü partlayış baş verib.

 

Manset.az xəbər verir ki, TASS agentliyi partlayışa Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) səbəb olduğunu bildirib.

Məlumata görə, Ukraynanın kəşfiyyat məqsədilə istifadə olunan Tu-141 "Strij" PUA-sı partlayıcı ilə təchiz edilib və Tulada partlayış törədib.

Hadisə nəticəsində 3 nəfərin yaralandığı, üç yaşayış binasına ziyan dəydiyi bildirilir. 


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin