Ermənistanın Spitak bölgəsindən 4 km şimal-şərqdə zəlzələ olub.
Manset.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Zəlzələnin maqnitudası 3,0 bal, ocağı 10 km dərinlikdə olub.
Yerli vaxtla saat 18:54-də qeydə alınan zəlzələ digər bölgələrdə də hiss edilib.