Xizək akrobatikası üzrə 2021-ci il dünya çempionu rusiyalı Pavel Krotov 30 yaşında vəfat edib.
Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Sərbəst İdman Federasiyası məlumat verilib.
Təşkilat idmançının ölümünün səbəblərinin məlum olmadığını bildirib.
Pavel Krotov Rusiya milli komandasının tərkibində 2014 və 2018-ci il Olimpiya Oyunlarında iştirak edib.