Bu ölkədən də xarici hərbi qüvvələr çıxarıla bilər

20:16 - 1 Sentyabr 2021

Bu ölkədən də xarici hərbi qüvvələr çıxarıla bilər

Liviyadakı xarici hərbi kontingentlər ölkədən çıxarıla bilər.

Manşet.az xəbər verir ki, bu barədə Misir, Tunis, Sudan, Çad, Niger və BMT nümayəndələrinin iştirakı ilə keçirilən konfransda bəyannamə qəbul olunub.

BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Yan Kubis bildirib ki, Şimali Afrikanın bu mühüm ölkəsində davamlı sülhə nail olmaq məqsədilə aparılan danışıqlar davam etdirilir. Liviyanın suverenliyinin bərpası bütün xarici hərbi qüvvələrin bu ölkəni tərk etməsindən asılıdır. Hazırda bu ölkədə 20 minə yaxın muzdlu hərbçi var.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin