“Qarabağ”la oyun üçün ölkəmizə gələn Türkiyənin “Qalatasaray” klubu komandanın Bakıda hərarətlə qarşılanmasından razı qalıb.
Manset.az xəbər verir ki, bu barədə “sarı-qırmızı”ların sosial şəbəkə səhifəsindən məlumat verilib.
Qarşılanma mərasimini möhtəşəm adlandıran “Cim-Bom” müvafiq görüntüləri də paylaşıb.
Xatırladaq ki, bu gün Bakıda “Qarabağ” və “Qalatasaray” arasında xeyriyyə oyunu keçiriləcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
📍 Bakü 🇦🇿
😍 Can Azerbaycan'da, Aslanlarımıza muhteşem karşılama! 💛❤️#QFKvGS pic.twitter.com/FSQjUNvmP3 — Galatasaray SK (@GalatasaraySK) March 26, 2023