Həftənin ilk 3 gününün hava PROQNOZU

15:59 - 26 Mart 2023

Həftənin ilk 3 gününün hava PROQNOZU

Azərbaycanda gələn həftəyə gözlənilən hava şəraiti haqqında məlumat yayılıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında həftənin birinci yarısında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin martın 27-si səhər yarımadanın bəzi yerlərində zəif duman, az çiskin olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında həftənin birinci günü, martın 27-də bəzi rayonlarda hava şəraitinin qısa müddətə yağıntılı olacağı gözlənilir. Martın 28-29-da havanın sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu aran rayonlarında gecə 6-10° isti, 17-22° isti, dağlıq rayonlarda gecə 1° şaxtadan 4° -dək isti , 5-10° isti olacaq.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin