<

ABŞ-də uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır

11:24 - 26 Mart 2023

ABŞ-də uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır

ABŞ-nin Yuta ştatında yaşı 18-dən az olan uşaqlara axşam saat 22:30-dan səhər saat 6:30-a kimi sosial şəbəkələrdən istifadəni qadağan etmək istəyirlər.

 

Manset.az xəbər verir ki, artıq sosial şəbəkə qadağa ilə bağlı sənəd qubernator Spenser Koks tərəfindən imzalanıb. Lakin qadağanın 2024-cü ilin martında qüvvəyə minməsi gözlənilir.

Həmçinin, yeni qanuna görə, valideynlər uşaqlarının sosial media hesablarına daxil olmaq imkanına sahib olmalıdırlar.

Artıq sosial şəbəkələri təmsil nümayəndələrin ştat rəhbərliyinin bu qərarından məhkəməyə şikayət edəcəyi gözlənilir.


Xəbər xətti

25 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin