Nəzarətimizə keçən önəmli yolla bağlı - erməni deputatdan mühüm AÇIQLAMA

11:12 - 26 Mart 2023

Nəzarətimizə keçən önəmli yolla bağlı - erməni deputatdan mühüm AÇIQLAMA

“Azərbaycanlılar nə qədər lazım idisə, o qədər də irəli gediblər. Bu istiqamətdə daha da irəliləməyə xüsusi ehtiyac yoxdur”. 

 

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Mənim şərəfim” fraksiyasından olan deputat Tiqran Abramyan özünün “Facebook” səhifəsində qeyd edib.

“Azərbaycan bölmələri irəlilədi və Xankəndi-Kosalar-Mirzələr-Turşsu torpaq yolunun mühüm qovşaqlarından birinə nəzarət etdi.

Hazırda onlar istehkam işləri aparırlar. Digər məsələ ikinci dərəcəlidir.

Son 2,5 ildə Azərbaycan ordusu irəliləyib və bir dəfə də geri çəkilməyib.

Belə çətin vəziyyət yenə davam edəcək, çünki Azərbaycanla qarşıdurma üçün ciddi uzunmüddətli strategiya yoxdur”, - deyə deputat yazıb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin