"Azəriqaz" villalarda sayğaclara müdaxilə aşkarladı - VİDEO

10:44 - 26 Mart 2023

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində kənar müdaxiləyə məruz qalan 3 malikanə tipli fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə aparılıb.

 

“Azəriqaz”dan Manset.az-a verilən məlumata görə, abonentlərin razılığı ilə sayğaclara vizual baxış keçirilib və hər 3 sayğacda qanunsuz kənar müdaxilə halı təsdiq olunub.

“Bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırırıq. Bildiririk ki, bu kimi hallara qarşı qanun çərçivəsində tədbirlər görüləcək” - “Azəriqaz”ın açıqlamasında bildirilir.

Daha ətraflı video materialda:


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin