ABŞ və Çin fiber-optik kabelin çəkilməsi uğrunda “sualtı müharibə” aparır.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, ABŞ son illərdə Çin şirkətlərinin iştirak etdiyi ən azı altı kabel çəkilişi müqaviləsinin qarşısını alıb.
Vaşinqton narahatıdır ki, Çin kəşfiyyatı fiber-optik kabel xəttlərinə müdaxilə edərək internet trafikinə çıxış əldə edə bilər.
Xəbərdə qeyd olunur ki, ABŞ və Çin arasındakı texnoloji rəqabətin əsas hissələrindən biri də fiber-optik kabel xəttlərinə çıxış əldə etməkdən ibarətdir.