Azərbaycan karateçiləri 4 medal qazandılar - Avropa çempionatı

00:02 - 26 Mart 2023

Azərbaycan karateçiləri 4 medal qazandılar - Avropa çempionatı

Azərbaycan karateçiləri İspaniyanın Qvadalahara şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıblar.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) finalda uduzaraq, ikinci yerlə kifayətləniblər.

Tural Ağalarzadə (67 kq) və Fərid Ağayev (75 kq) bürünc medal görüşündə qalib gəlməklə fəxri kürsüyə qalxıblar. Fidan Teymurova (50 kq) turniri 5-ci pillədə başa vurub.

Qeyd edək ki, Avropa çempionatına 48 ölkədən 468 idmançı qatılıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin