“Finlandiya tezliklə NATO-ya üzv olacaq” - İsveçin baş naziri

23:43 - 25 Mart 2023

“Finlandiya tezliklə NATO-ya üzv olacaq” - İsveçin baş naziri

İsveçin Baş naziri Ulf Kristersson bəyan edib ki, Finlandiyanın NATO-ya üzv olması İsveçdən daha tez baş verəcək.

 

Bu barədə Baş nazir Kristersson Karlstadda konfransda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, hər şey müvafiq ssenari üzrə inkişaf edir və tezliklə Helsinki NATO-nun üzvü olacaq. 

O, Finlandiyanın üzv olması ilə İsveçin daha təhlükəsiz olacağını əlavə edib:

"Sadəcə xəritəyə diqqətlə baxın, bizi NATO ölkələri əhatə edir”, - deyə o vurğulayıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin