Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli oldu

22:26 - 25 Mart 2023

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli oldu

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olub.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, həlledici oyunda "Gəncə" və NTD klubları üz-üzə gələcəklər.

Qərb təmsilçisi yarımfinalda "Neftçi İK"nı mübarizədən kənarlaşdırıb. Sərhədçi İdman Mərkəzində keçirilmiş matçda gəncəlilər yerli oyunçularının dominant oyunu sayəsində 83:73 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular "Gəncə"dən Amil Həmzəyev (26 xal, 6 ribaund), "Neftçi İK"dan isə Yuriy Kondrakov (18 xal, 10 ribaund) olublar.

İkinci yarımfinal qarşılaşmasında NTD "AAAF Xırdalan"ı məğlub edib - 91:84. NTD-dən Londel Kinq (25 xal, 15 ribaund), "AAAF Xırdalan"dan isə BK" (Devin Pullum - 23 xal, 5 asist) ən məhsuldar oyunçular olublar.

Qeyd edək ki, martın 26-da keçiriləcək final oyunu saat 16:00-da start götürəcək.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin