AVRO-2024-ün seçmə mərhələsinin birinci turunun oyunları davam edir.
Manset.az xəbər verir ki, D qrupunda yer alan Türkiyə millisi İrəvanda Ermənistanla qarşılaşıb. İlk yarıda hesabda geri düşməsinə baxmayaraq, Türkiyə Orkun Kökçü və Kerem Aktürkoğlunun qolları ilə rəqibinə qalib gəlib.
Ermənistan - Türkiyə 1:2
Qollar: Ozan Kabak 10 (avtoqol) - Orkun Kökçü 34, Kerem Aktüroğlu 63
21:40
Ozan Kabak 10-cu dəqiqədə öz qapısına qol vurdu.
***
Türkiyə hesabı bərabərləşdirdi. Orkun Kökcü 35-ci dəqiqədə fərqlənir.
18:00
Bu gün AÇ-2024-ün seçmə mərhələsində Türkiyə qrupda ilk matçına çıxacaq.
Manset.az xəbər verir ki, “ay ulduzlular” səfərdə Ermənistanla qarşılaşacaq.
D qrupu
21:00. Ermənistan - Türkiyə