Türkiyənin Gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu Ermənistanla Türkiyə arasında keçiriləcək 2024 Avropa Futbol Çempionatının (EURO 2024) seçmə turunun oyununu izləmək üçün Ermənistana gedib.
Manset.az APA-ya istinadən xəbər verir ki, 2008-ci ildə Türkiyənin 11-ci prezidenti Abdullah Gül, Ermənistan - Türkiyə futbol qarşılaşması səbəbilə Yerevana səfər etmişdi. 15 il sonra, nazirlik səviyyəsində ilk ziyarət yenə iki ölkə arasındakı futbol qarşılaşması səbəbilə gercəkləşdirilir.